Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Benzemanın şantaj qalmaqalı yenidən gündəmdə

“Real Madrid”ın futbolçusu Kərim Benzema Valbuen işi ilə bağlı yenidən məhkəmə qarşısına çıxarıla bilər.

“Report” xəbər verir ki, bu bərədə “L'Equipe” nəşri məlumat yayıb.

Mənbənin dediyinə görə, yerli prokurorluq “Kral” klubunun 32 yaşlı futbolçusundan tələb edib ki, o, Moskva “Dinamo”sunun sabiq oyunçusu Matye Valbuenaya qarşı şantajda iştirak etdiyinə görə ədalətlə üzləşməlidir.

Qeyd edək ki, 2015-ci idlə Benzema Matye Valbueni intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunurdu. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Benzema Valbuena ilə video haqqında danışdığını etiraf edib və bunu videoya sahib olan digər üç şantajçı ilə əlaqəli olan uşaqlıq dostunun xahişi ilə etdiyini deyib.

Salman Musaoğlu,
“Xalq qəzeti”

3 2020 15:52 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə