Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Parlamentinin binası qarət edilib

COVID-19 epidemiyasının  yayılması Belçikanın paytaxtı Bürrüseldə cinayətlərə səbəb olub. Naməlum şəxslər Avropa Parlamentinin binasını qarət ediblər.

Yerli mətbuatın məlumatına görə, Avropa Parlamentinin binası müvəqqəti olaraq karantinə bağlanıb. Binada mühafizə dəstəsi də olmayıb.Bundan istifadə edən cinayətkarlar  parlamentin binasından kompüterləri, qiymətli kağızları, lazımi sənədləri, deputatların şəxsi əşyalarını  və digər əşyaları  oğurlayıblar.

Avropa Parlamentinin mətbuat xidmətinin məlumatına görə, hazırda faktla bağlı cinayət işi qaldırılıb. Belçika hökuməti axtarış aparır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

3 2020 15:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə