Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-nun daha 19 tələbəsi Azərbaycan‒Avstriya Turizm Proqramı üzrə məzun olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan ‒ Avstriya Turizm Proqramı” (AATP) üzrə “AATP BA Cohort 2017” qrupunun bakalavr buraxılış imtahanı keçirilib.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən keçirilən onlayn imtahan ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında imzalanmış “Turizm və qonaqpərvərlik üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsi”nə əsasən təşkil olunub.

On doqquz tələbə imtahanı uğurla verib və AATP məzunu adını qazanıb. Həmçinin tələbələrdən beşi fərqlənmə ilə bitirib.Bu tələbələr ikili diplom müqaviləsinə əsasən ATMU-nun və IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alacaqlar.

Xatırladaq ki, “Azərbaycan-Avstriya Turizm Proqramı” (AATP) 13 ildir davamlı şəkildə fəaliyyət göstərir. Bu günədək AATP üzrə 235 nəfər məzunu olub (222 bakalavr,13 magistr).

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2020 12:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə