Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sizlər xalqımız üçün dəyərlisiniz, özünüzü qoruyun

“Dəyərli həmkarlar, xəstə sayı çox olduğuna görə yüngül xəstələr (epidemiolji olaraq hələ yolxucu) evə yazılır. Diqqətli olun. Xahiş edirəm, evdə nəzarət sistemi formalaşana qədər belə xəstələr evdə izolə olunsun. Ətrafla kontakt etməsinlər”. Bu fikirləri tibb üzrə fəlsəfə doktoru Yazgül ABDIYEVA Facebook səhifəsində paylaşaraq, həm həkimlərə, həm də yoluxanlara çağırış edib. Y. Abdıyeva daha sonra yazır:

Hörmətli həkim dostlarım, xəstələrin başqaları ilə təmas qurmamasına nəzarət edin:

1.Onlar ətrafı yoluxdura bilərlər.
2. Kənar kontaktla 2- cili infeksiyaya yoluxa bilərlər. Belə xəstələrin immun sistemi zəifləyir, ona görə digər xəstəliyə yoluxmamaq üçün özlərini qorusunlar.
3. Müalicə həkimi ilə mütamadi telefon əlaqəsi saxlayıb, həkim məsləhəti ilə müalicə qəbul etsinlər.
4. Panikaya düşməsinər, düşünsünlər ki, artıq sağalmağa doğru gedirsiniz.

Dəyər verdiyimiz vətəndaşlarımız, bu tövsiyələrə əməl etməyiniz vacibdir:

Əsas qida və yuxu rejiminizə əməl edin, otağın havasını tez tez dəyişin, evdə normal olaraq izolə olunub, müalicənizi davam etdirin. Ən əsas səhəttinizdə qəflətən ciiddi problem olsa dərhal həkiminizə məlumat verin, təcili yardım çağırın.

Səbrli olun, təmkinlə düzgün mülaicə protokolu seçilsə, müalicə vaxtında effekt verəcək.
Çalışın, maska - məsafə - gigiyenik qaydalara əməl edin, xəstələnməyin. Xəstələnməyin ki, təcili yardım çatana qədər gec olmasın. Xəstələnməyin ki, stress yaşamayın.

Bu dövr hamımız üçün ağırdır. Xəstə sayı çox, yer məhdudiyyəti var.
Hər birimiz xəstələnsək, çağrılmamış qonaq kimi yer tapa bilmərik.
Xahiş edirəm sağlamlığınızı qoruyun!
Sizlər xalqımız üçün dəyərlisiniz. Ailənizi tək qoymayın...

Bu ağır vaxtda hamımız bir birimizə dəstək olub, birlik olmalıyıq.
Allah xalqımızı qorusun”.

Təqdim etdi:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2020 12:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə