Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“BAKI POLAD BURAZLAR “ ASC-nin 2019-cu il dekabrın 31-nə mühasibat balansı

Bölmələrin, maddələrin adları Hesabat dövrü 2019-cu il üzrə Əvvəlki dövr 2018-ci il üzrə
AKTİVLƏR
Uzunmüddətli aktivlər
Qeyri-maddi aktivlər
Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) 11568.24 12768.88
Daşınmaz əmlaka investisiyalar
Bioloji aktivlər
Təbii sərvətlər
İştirak payı metodu ilə uçota alınmış investisiyalar
Təxirə salınmış vergi aktivləri
Uzunmüddətli debitor borcları
Sair uzunmüddətli maliyyə aktivləri
Sair uzunmüddətli aktivlər (zərər)
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR 11568.24 12768.88
Qısamüddətli aktivlər
Ehtiyatlar 227362.11 136630.61
Sair  debitor borcları 8578.09 41310.57
Pul vəsaitləri və onların ekvivalentlərı 80.88 6024.88
Gələcək dövrün xərcləri 919298.03 882027.25
Digər aktivlər 2101.60 2101.60
CƏMİ  QISAMÜDDƏTLİ AKTİVLƏR 1157420.71 1068094.91
CƏMİ  AKTİVLƏR 1168988.95 1080863.79+
Kapital və öhdəliklər
Kapital
Ödənilmiş nominal(nizamnamə) kapital 68066.00 68066.00
Emissiya gəliri
Geri alınmış kapital (səhmlər)
Kapital ehtiyatları
Bölüşdürülməmiş    mənfəət 70890.58 X
CƏMİ KAPİTAL 138956.58 68066.00
 
Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə)
Bölmələrin, maddələrin adları Hesabat dövrü 2019-cu il üzrə Əvvəlki dövr 2018-ci il üzrə
Əsas əməliyyat gəliri 858776.48 804740.47
Satışın maya dəyəri (440915.00) (253407.78)
Ümumi Mənfəət 417861.48 551332.69
Sair əməliyyat gəlirləri
Kommersiya xərcləri
İnzibati xərclər (281437.58) (207057.82)
Sair əməliyyat xərcləri (47810.68) (244806.32)
Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)
Əməliyyat mənfəəti (zərəri) 88613.22 99468,55
Maliyyə gəliri
Maliyyə xərcləri
Asılı və birgə muəssisələrin mənfəətlərində (zərərlərində) pay
Vergiqoymadan əvvəl mənfəət (zərər) 88613.22 99468.55
Mənfəət vergisi (17722.64) (19893.71)
Hesabat dövründə xalis mənfəət (zərər) 70890.58 79574.85
Hər səhm üzrə mənfəət
Azaldılmış hər səhm üzrə mənfəət
 
“BAKI POLAD BURAZLAR” ASC-nin sədri Zakir Nəsirova
MÜSTƏQİL   AUDİTORUN   RƏYİ
Biz,  “BAKI POLAD BURAZLAR” ASC-nin  2019-cu il  dekabrın 31-nə təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.
Maliyyə hesabatlarının hazırlanması üçün  rəhbərliyin məsuliyyəti
1.Hazırkı  Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: 
-səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı;
- maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim olunması üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiqi və davam etdirilməsi;
- müvafiq uçot siyasətinin seçilməsi və tətbiq olunması; 
-şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.
Auditorun məsuliyyəti
2.Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına aid rəy bildirməkdən ibarətdir. Sənədlərin düzgünlüyünə sifarişçi məsuliyyət daşıyır. Biz audit yoxlamamızı Beynəlxalq Audit Standartları əsasında apardıq. Həmin standartların tələblərinə görə, biz etik normalara əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.
3.Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara aid auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin səmərəliliyinə aid rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.
4.Bizcə, əldə etdiyimiz auditor sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.
Rəy
5.Bizcə, təqdim olunan maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “BAKI POLAD BURAZLAR” ASC-nin 2019-cu il dekabrın 31-nə  maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan  il üzrə maliyyə  nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun malların təqdim olunmasını  (gəliri 858776.48 manat,  ümumi gəlirdən çıxılan xərclər 770163.26 manat, mənfəət 88613.22 manat, mənfəət vergisi 17722.64 manat və xalis mənfəət 70890.58 manat) balansda düzgün əks etdirir.
“Zaman-Audit” MMC-nin auditoru Hüseyn Cəbiyev
Bakı şəhəri, 10 fevral 2020-ci il.
3 2020 11:29 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Avqust 2020 | 04:41
B İ L D İ R İ Ş
14 Avqust 2020 | 04:40
B İ L D İ R İ Ş
14 Avqust 2020 | 04:40
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə