Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur

“Covid-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumatda bildirilir ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır: "Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir.

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib".

2 2020 14:48 -

Köhnə versiyamızdan xəbərləri izlə