Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Babaoğlu: Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu və hamisidir

Prezident İlham Əliyevin bugünlərdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalaması ilə bağlı qəzetimizə açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi:

– Möhtərəm dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalaması Azərbaycan jurnalistikasına yüksək dövlət qayğısının növbəti bariz nümunəsidir. Müstəqillik illərində Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil bu sahəyə dövlətin hərtərəfli diqqət və qayğısıdır.

Çağdaş dünyada media institutunun önəmli çağırışlara və qlobal trendlərə, ən əsası, milli maraqlara uyğun fəaliyyət göstərməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental təminat kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun qanunauyğun nəticəsi olaraq ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca mətbuatın maddi problemlərinin həlli ilə bağlı çox müvafiq tədbirlər görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verib. Ümumiyyətlə, 145 illik bir müddətdə Azərbaycan mətbuatı zəngin, şərəfli və mürəkkəb yol keçib. Bu gün isə dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur.

Sonda Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu deyən Hikmət Babaoğlu bir daha vurğuladı ki, dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamı bu reallığın növbəti əyani ifadəsidir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

2 2020 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə