Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çelsi" səfərdə məğlub olub

İngiltərə Premyer Liqasının 32-ci turunun matçında "Vest Hem Yunayted" "Çelsi"ni qəbul edib. 

“Report”un məlumatına görə, Londonun "Olimpiya" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 42-ci dəqiqəsində görüşün baş hakimi Martin Atkinson "Vest Hem"in qapısına penalti təyin edib. "Çelsi"nin hücumçusu Villian cərimə zərbəsini müvəffəqiyyətlə yerinə yetirib. Birinci hissəyə əlavə edilmiş vaxtda meydan sahiblərinin yarımmüdafiəçisi Tomaş Souçek cavab qolunu vurub.

Oyunun 51-ci dəqiqəsində yarımmüdafiəçi Maykl Antonio “Vest Hem”i hesabda irəli çıxarıb. 72-ci dəqiqədə Villian dubl edərək hesabı bərabərləşdirib. Lakin bu da oyunda vurulan son qol olmayıb. Görüşün 89-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Andrey Yarmolenko oyunda son nöqtəni qoyub. 

"Vest Hem" 30 xal yığaraq İngiltərə Premyer Liqasının yarış cədvəlində 16-cı yerə yüksəlib. Aktivində 54 xalı olan "Çelsi" 4-cü yerdədir. Qeyd edək ki, turnirin lideri 31 matçda 86 xal toplamış "Liverpul"dur.

Salman Musaoğlu,
“Xalq qəzeti”

2 2020 14:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə