Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Federasiyasında referendumun rəsmi nəticələri açıqlanıb

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun rəsmi nəticələrini açıqlayıb.

Protokolların 99,97 faizi hesablandıqdan sonra məlum olub ki, referendumda iştirak edənlərin 77, 92 faizi Konstitusiyaya dəyişikliklərin lehinə 21,26 faizi əleyhinə səs veriblər.  

Səsverməd seçici fəallığı 65,28 faiz təşkil edib.

Qeyd edək ki, referendum aprelin 22-də keçirilməli idi, lakin koronavirus pandemiyası ilə əlaqədar səsvermə təxirə salınmışdı. İyunun 25-dən iyulun 1-dək səsvermə onlayn və qismən ənənəvi qaydada keçirilib.

Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, siyasi sistem və hakimiyyətlə bağlı düzəlişlər, hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı və digər məsələlər nəzərdə tutulur.

2 2020 13:42 -

Köhnə versiyamızdan xəbərləri izlə