Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoganla Merkelin telefon məsləhətləşməsi olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə ıdarəsi xəbər verib.

Məlumata görə, tərəflər regional problemləri, ilk növbədə, Liviya və Suriyadakı proseslərin inkişafını müzakirə ediblər. Liderlər yeni koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq haqqında da fikir mübadiləsi aparıblar. Danışıqların gedişində ikitərəfli əlaqələrin vəziyyətinə aid olan məsələlərə də toxunulub.

R.TAHİR,
“Xalq qəzeti”

2 2020 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə