Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ələt-Astara-İran magistral yolunun çəkiliisi başa çatdırılır

Ələt-Astara-İran magistral yolunun qonşu dövlətlə sərhədinədək olan 3 kilometrlik hissənin çəkilisi davam etdirilir. Məqsəd İrana, o cümlədən əks istiqamətdə gedən avtomobillərin rahat hərəkətini təmin etməkdir. Yeni yol ilə yük avtomobilləri Astara şəhər mərkəzinə daxil olmadan yollarına davam edəcək.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, yeni magistralın sərhəddə qədər olan hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Eni 26,5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 4 olan yolun bu il istifadəyə verilməsi planlaşdırılır.  Yeni magistral yol hissəsi İran ilə dövlət sərhədində inşası nəzərdə tutulan avtomobil körpüsünə birləşəcək. Artıq bu yol qurğusunun layihəsi hazırlanıb. Körpü 3 aşırımlı, uzunluğu 97,5 metr, eni isə 3,5 metr olacaq.

Son günlərdə yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər materiallar daşınıb. Tikinti işlərinə 50-dən çox texnika, 80 nəfər işçi cəlb olunub. Artıq yol yatağının bir hissəsində işlərin ilk mərhələsi yekunlaşıb.

R.TAHİR,
“Xalq qəzeti”

2 2020 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə