Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kinematoqrafçılar İttifaqından Kann Film Festivalının rəhbərliyinə sərt etiraz

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrossa və Beynəlxalq Kann Film Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

Bu barədə Respublika Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, bu il keçiriləcək 73-cü Beynəlxalq Kann Film Festivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma Dağlıq Qarabağ Respublikasında cərəyan edir və bütövlükdə bu film Azərbaycan və xalqına qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir.

Ə.Vəliyev qeyd edib ki, bu üzdəniraq filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemdə, Pusan və Lionda nümayişi nəzərdə tutulur: "Göründüyü kimi, bu kino lentinin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər”.

“Bu baxımdan Respublika Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi güdən filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaq İdarə heyəti bununla bağlı həm Fransanın Azərbaycandakı səfirliyinə eyni zamanda Kan Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubunu bu məzmunda göndərmişik. Ümidvarıq ki, biz istəyimizə nail ola biləcəyik”, - Əli Vəliyev əlavə edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2020 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə