Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva vətəndaşların qayğılarını onlayn dinləyib

Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 4 gündə 200-dən çox vətəndaşla online şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Eyni zamanda, deputatın köməkçisi tərəfindən də 150-dən çox müraciət dinlənilib. Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların müraciətləri ilə bağlı isə deputat müvafiq qurumlara rəsmi müraciətlər göndərib. Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

Deputat, eyni zamanda, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı  aparılan tədbirlər barədə də  geniş məlumatlar verib və onları COVİD--19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2020 10:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə