Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əflatun Amaşov: Prezidentin sərəncamı milli mətbuatımızın yubileyinin yüksək səviyyəsində qeyd edilməsinə start verdi

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında iyunun 30-da imzaladığı sərəncam ölkə jurnalistlərində böyük sevinc və məmnunluq yaradıb. Media ictimaiyyətinin bununla bağlı duyğu-düşüncələrini ifadə edən Azərbaycan Mətbuat Şurası­nın sədri Əflatun Amaşov KİV-ə açıqlamasında bildirib:

– “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haq­qında” Prezident İlham Əliyevin bugünlərdə imzaladığı sərəncam ölkə rəhbərinin mətbuatımızın tarixi mis­siyasına, mediamızın cəmiyyətdəki roluna verdiyi müstəsna dəyərin növbəti parlaq nümunəsidir. Bu sərəncam, eyni zamanda, möhtərəm Prezidentin milli-mədəni dünənimizin öyünclü fakt və hadisələrinə müstəsna diqqətinin, varislik ənənəsinə sədaqətinin növbəti göstəricisidir. Buna görə də cənab İlham Əliyevə jurnalistlərimizin dərin minnətdarlığını çatdırıram.

Yeri gəlmişkən, xatırladım ki, müstəqillik illərində Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ənənəsinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər 27 mart 2000-ci il tarixdə “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi haqqında” fərman imzalamışdı. Mətbuat tariximizin əsas uğurlarının əhatəli və ardıcıl şəkildə dəyər aldığı həmin sənəddə çağdaş jurnalistikamı­zın müstəqil dövlət quruculuğunda rolu və vəzifələri də aydın göstərilmişdi. Bu sənədlə ölkəmizdə hər 5 ildən bir milli mətbuatın yubileylərinin cəmiyyət miqyasında təntənəli şəkildə təşkili ənənəsinin əsası qoyulmuşdu.

Sonrakı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində ümum­milli önəmli hadisə kimi qeyd edilmişdir. Həmin yubileylər yüzlərlə həmkarımızın dövlət təltiflərinə layiq görülməsi qədirbilənliyinin, jurnalist əməyinə verilən misilsiz qiymətin sevindirici nümunələri kimi yadda qalmışdır. Prezi­dent İlham Əliyevin növbəti sərəncamı da böyük millət xadimi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrinə başladığı ilk anadilli qəzetimiz “Əkinçi” ilə əsası qoyulmuş Azərbaycan professional jurnalistikasının 145 illik yubileyinin ölkə miqyasında təntənə ilə qeyd edilməsinə ən yüksək səviyyədə təminat yaradır.

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamı milli mətbuatımızın etnik-mədəni oyanış, ma­arifçilik və müstəqillik uğrunda mübarizə tariximizdə oynadığı rola, jurnalilistlərin çətin, məsuliyyətli və şərəfli zəhmətinə çox yüksək qiymət verilir. Ənənəyə sadiqlik və varislik ruhu ilə bu sənəd jurnalistlərin indiki nəsillərini keçilmiş yolun tarixi təcrübəsindən faydalanma­ğa, milli mətbuatımızın inkişafında mü­hüm rol oynamış görkəmli şəxsiyyətlərin arzu və ideallarını gerçəkləşdirməyə səsləyir. Ümumiyyətlə, Azərbaycan dövlətinin media siyasəti ölkəmizdə demokratik jurnalistikanın inkişafına hərtərəfli təminat yaradır, cəmiyyətin informasiya tələbatının vaxtında, doğ­ru-düzgün ödənilməsi və ictimai rəyin formalaşmasına obyektiv yön verilməsi zərurətini yüksək səviyyədə cavablan­dırır.

AMŞ sədri Əflatun Amaşov açıq­lamasının sonunda deyib: “Yubiley tədbirlərinə start verən bu sərəncam ölkənin media ictimaiyyətində yüksək əhval-ruhiyyə, bayram sevinci yaradıb. Azərbaycan mətbuatına, onun tarixi missiyasına verilən yüksək dəyərə, yu­bileyin ümummilli təntənə səviyyəsində qeyd edilməsi və jurnalistikamızın inkişafında layiqli xidmətləri olan həmkarlarımızın əməyinin dövlət təltifləri və mükafatlarla qiymətləndirilməsi məramına görə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri adın­dan Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Şura, həmişə olduğu kimi, ölkə Prezidentinin sərəncamından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə lazımi dəstək göstərməyə hazırdır”.

Xatırladırıq ki, dövlət başçısının sərəncamına əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olun­ması nəzərdə tutulur. Bundan əlavə, sərəncamda Prezident Administrasiya­sına tapşırılıb ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mü­kafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etsin.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

2 2020 04:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə