Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leyla Abdullayeva: Ermənistan öhdəliklərinə əməl edərək işğalçı silalı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu­nun həmsədrlərinin iştirakı ilə 30 iyun tarixində keçirilən onlayn görüşü ilə bağlı Ermənistan XİN-in yaydığı məlumatda Azərbaycanın “qeyri-konstruktiv bəyanatlarına” istinad edilərək, Qarabağ “xalqının” təhlükəsizliyindən bəhs edilir. Bununla bağlı kütləvi informasiya vasitələrinin sualını cavablandıran XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in reallığı təhrif edən mövqeyini ciddi tənqid edib.

Leyla Abdullayeva deyib: ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 30 iyun tarixində keçirilən videokonfrans formatında görüşü ilə bağlı Azərbaycan Respublikası XİN-in rəsmi açıqlaması yayıldı. Qeyd etdiyimiz kimi, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyəti, o cümlədən həyata keçirilən infrastruktur dəyişiklikləri məsələsini qal­dırdı. Nazir, həmçinin məhz Ermənistanın təxribatçı əməllərinin ritorikanın alovlan­masına xidmət etdiyini vurğuladı.

Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlamada işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlanır. Aydındır ki, bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlaması və bu ərazilərdəki çoxsaylı yerli azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsi durur. Əhalini sülhə hazırlamaq öhdəliyindən danışan Ermənistan, bu öhdəliyinə əməl edərək işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarmalı və məcburi köçkünlərin öz evlərinə geri dönməsinə maneə yaratmamalıdır.

O ki, qaldı Ermənistan XİN-in istinad etdiyi Qarabağ “xalqı” ifadəsinə, hamıya elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, Qarabağ xalqı anlayışı möv­cud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qaraba­ğın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib. Münaqişənin həlli üzrə aparılan danışıqla­rın məqsədi də elə bu insanların pozulmuş fundamental hüquq və azadlıqlarının bərpa edilməsidir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bölgədə davamlı sülh, sabitlik və təhlükəsiliyin təmin olunmasının başqa yolu yoxdur.

“Xalq qəzeti”

2 2020 04:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə