Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müşfiq Ələsgərli: Prezidentin sərəncamı milli mətbuatımıza verilən dəyəri göstərir

Qarşıdan milli mətbuatımızın yaranma günü gəlir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam Azərbaycan KİV-i üçün mövcud dönəmdə bir növ yol xəritəsidir, istiqamətverici mayakdır...

Bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli bildirib.

O qeyd edib ki, bu sərəncamda üç mühüm istiqaməti vurğulamaq yerinə düşər. Birinci məqam odur ki, Prezi­dent Azərbaycan mediasının keçdiyi yola nəzər yetirir, ölkə jurnalistlərinin fəaliyyətini yüksək dəyərləndirir. Bu yanaşma ölkə jurnalistlərində ruh yüksəkliyi yaradır. İkinci məqam odur ki, Prezident mediamızın inkişıfnın istiqamətləri, diqqət yetirməli olduğu­muz məsələlər barədə tövsiyələrini verir. Qeyd edir ki, kütləvi informa­siya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologi­yalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Sərəncamda xüsusi olaraq vurğulanır ki, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır. Üçüncü məqam Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunmasıdır. Burada COVID-19 pandemiyası ilə bağlı şərait nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

M. Ələsgərli bildirib ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması üçün təkliflər qəbul ediləcək. Dünyanın COVID-19 pandemiyası ilə çarpışdığı, yüzlərlə problemin gündəmdə olduğu bir vaxtda Prezident İlham Əliyevin bu sərəncamı imzalaması, onun səriştəli fəaliyyətinə, hər bir sahəni diqqətdə saxlamasına nümunədir. Mediamıza, onun missiyasına verdiyi dəyərə görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

Anar TURAN, “Xalq qəzeti”

2 2020 04:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə