Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 229 Bakı şəhəri, 29 iyun 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sı Ədliyyə Nazirliyinin Məhkəmə Eks­pertizası Mərkəzinin bəzi məsələləri haqqında” 2001-ci il 23 may tarixli 99 nömrəli, “Məhkəmə-Psixiatrik Eks­pertiza Mərkəzinin yaradılması haq­qında” 2002-ci il 6 avqust tarixli 125 nömrəli, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin bəzi məsələləri haqqında” 2003-cü il 17 yanvar tarixli 8 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Dövlət məhkəmə ekspertiza­sı fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə eksperti­zası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 99 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 349; 2004, № 4, maddə 287; 2005, № 1, maddə 52; 2006, № 5, maddə 470, № 10, maddə 902) pre­ambulasında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin.

2. “Məhkəmə-Psixiatrik Eksperti­za Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 avqust tarixli 125 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 536; 2004, № 4, maddə 287; 2005, № 1, maddə 52, № 7, maddə 663; 2006, № 5, maddə 473, № 7, maddə 634) preambulasında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin bəzi məsələləri haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2003-cü il 17 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2003, № 1, maddə 71; 2005, № 1, maddə 52; 2006, № 7, maddə 634) preambulasında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə