Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 221 Bakı şəhəri, 29 iyun 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respubli­kasında baytarlıqla bağlı bəzi norma­tiv hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 7 mart tarixli 65 nömrəli və “Azərbaycan Respublika­sında baytarlıqla bağlı bəzi norma­tiv hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Preziden­tinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respub-lika­sının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 988 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293; 2009, № 1, maddə 34; 2014, № 7, maddə 934; 2015, № 1, maddə 64, № 2, maddə 227; 2018, № 9, maddə 1937, № 12 (II kitab), maddə 2721; 2019, № 5, maddə 972, № 7, maddə 1340; 2020, № 4, maddə 484) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”nin III hissəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respub­likasının Qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 550; 2008, № 7, maddə 673; 2009, № 1, maddələr 32, 34; 2015, № 2, maddə 227, № 7, maddə 886; 2018, № 12 (II kitab), maddələr 2721, 2734) ilə təsdiq edilmiş “Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştamm­la-rının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra – Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edil­sin;

2.2. 2.4-cü bəndin birinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin göstərişi ilə onun hərtərəfli öyrənilməsi və saxlanması üçün Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutuna (bundan sonra – institut)” sözləri və ikinci cümləsində “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

2.3. 2.5-ci bənddə “İnstitutda fəaliyyət göstərən” sözləri “Agentlik tərəfindən” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə