Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyunda 214 ədəd partlamamış hərbi sursat, 5 ədəd tankəleyhinə mina aşkar olunub

2020-ci ilin iyun ayı ərzində Azərbaycan Res­publikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 731 034 kvadratmetr (73,1 ha) ərazi yoxla­nılmış, 214 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd tankəleyhinə mina (cəmi 219 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan verilən məlumatda bildirilir ki, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 116 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İyun ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Na­zirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17, Dövlət Sərhəd Xidmətindən 3, rayon polis şöbələrindən 3 müraciət daxil olub (cəmi 26 çağı­rış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi­nin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 730 kvadratmetr ərazi yoxlanıl­mış, 46 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi 50 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentli­yin 21 ildən artıq fəaliyyəti ərzində 544 786 682 kvad­ratmetr (54 478,67 ha) ərazi təmizlənib, 807 819 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin iyun ayı ərzində Ağstafa rayonu ərazisində mina partlaması qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Xalq qəzeti”

2 2020 04:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə