Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusa daha 588 yoluxma faktı qeydə alınıb, 346 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 588 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 min 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib. Aktiv xəstə sayı 7831 nəfərdir.

Ötən müddət ərzində 488 min 852 test aparılıb. Bugünkü test sayı isə 6682-dir.

2 2020 04:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə