Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Səba” ASC səhmdarlarının nəzərinə!

14 avqust 2020-ci il saat 15.00-da “Səba” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2019-cu il üzrə maliyyə hesabatının təsdiqlənməsi.

2. Cəmiyyətlə ASC “Xalq” Bank arasında bağlanmış 15 avqust 2017-ci il tarixli 100400967532917 saylı kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay, yəni 2022-ci il avqustun 15-dək uzadılması və kreditin ödəniş şərtlərinin dəyişdirilməsi ilə bağlı restrukturizasiya olunması barədə qərarın verilməsi.

3. Kreditin restrukturizasiyasından irəli gələn dəyişikliklərin kreditin təminatı qismində çıxış edən 15 avqust 2017-ci il tarixli 100400967532917/İM saylı ipoteka müqaviləsi və torpaq sahəsi üzərində istifadə hüququnun girovu haqqında 26 yanvar 2018-ci il tarixli 100400967532917/GM-1 nömrəli müqavilədə əks etdirilməsi barədə qərarın verilməsi.

4. Digər məsələlər.

Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.

Əlaqə telefonu- (012) 448-16-01.

Ünvan- Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “Səba” ASC-nin inzibati binası.

2 2020 04:22 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə