Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İcbari tibbi sığorta sağlamlığı­nızın qarantıdır” layihəsinin icrasına başlanılıb

“Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində “İcbari tibbi sığorta sağlamlığı­nızın qarantıdır”  möv­zusunda ic­timai maarif­lən­dir­mə” layihəsi ilə qalib olub. Bu barədə Birliyin sədri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva məlumat verib.

O qeyd edib ki, iyul ayının 1-dən etibarən layihənin icrasına başlanılıb və layihənin müddəti 4 aydır. Layihə çərçivəsində 2 vebinarın (ZOOM vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulmuşdur. Vebinarda Azərbayanın bu sahə üzrə tanınmış ekspertləri icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda icbari tibbi sığortanın formalaşması xüsusiyyətləri və s. mövzularda çıxışlar edəcəklər, vebinar iştirakçılarının suallarını cavablandıracaqlar.

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

1 2020 15:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə