Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tailandda fövqəladə vəziyyət rejimi uzadılıb

Tailandda COVID-19 virusuna görə  fövqəladə vəziyyət rejimi iyulun 31-nə kimi uzadılıb. Ölkədə məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq hökumət ehtiyat naminə bu addımı atıb.

“Xinhua” agentliyinin məlumatına görə, Tailandın Baş naziri Praynt Çan -Oça bildirib ki, ölkədə çox sahədə məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq fövqəladə vəziyyət rejiminin uzadılması labüddür. Çünki pandemiyanın ikinci dalğası gələrsə, biz sərhədləri bağlamalı, biznesin fəaliyyətini dayandırmalıyıq.

Baş nazir əlavə edib ki, fövqəladə vəziyyət rejimi ona görə lazımdır ki, virusa yoluxma heçə ensin. İnsanlar sağlam qalsınlar və  rahat, qorxusuz işə gedib gələ bilsinlər.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

1 2020 14:25 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə