Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaş məsuliyyəti əsas şərtdir

İyunun 29-da Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində  211-ci maddə yeni redaksiyada təklif olunmuşdu. Təklif olunurdu ki, tibbi maskadan istifadə etməyənlərə və karantin rejimi qaydalarını pozanlara qarşı cərimələrin məbləği artırırlsın. Karantin dövründə qaydaları pozmağa, fərdi qoruyucu vasitələrdən istifadə etməməyə, o cümlədən, qapalı məkanlarda və təlimatda nəzərdə tutulan digər yerlərdə maska taxmamağa görə cərimələrin artırılması  zərurəti vətəndaş məsuliyyətsuzliyinin nəticəsidir.

Müsahibim Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cərimələrin artırılması barədə Milli Məclisin qəbul etdiyi qərarı razılıqla qarşıladığını bildirdi. Dedi ki, bu qərarın qəbul olunması çox vacib idi. Çünki bəzi insanlar qaydalara əməl etmir, karantin rejimini pozur, qoruyucu vasitələrdən istifadə etmirlər.

Ç.Qənizadə daha sonra dedi:

– Xatırladım ki, qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunub. Həmin  redaksiyaya əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə olunacaqlar. Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat cərimə olunacaqlar. Buna qədər cərimələr fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslər üçün isə 200 manat müəyyən edilmişdi. 

Cərimələrin məbləğinin qaldırılması , ilk növbədə, vətəndaşların məsuliyyətsizliyinin nəticəsidir.  Pandemiya tüğyan edən gündən Nazirlər Kabineti yanda Operativ Qərargahdan və TƏBİB-dən təkrar-təkrar bildirilir ki, koronavirusun geniş yayılmasının qarşısını almaq üçün qoruyucu vasitələrdən istifadə olunmalı, sosial məsafə saxlanılmalı, gigiyena qaydalarına əməl edilməlidir.  Əgər bu qaydalara əməl olunarsa, karantin rejiminin sərtləşdirilməsinə də ehtiyac olmazdı.

Karantin rejiminin pozulmasına görə  cərimələrin  ABŞ-da,Türkiyədə, Rusiyada və Gürcüstanda da  artırıldığını və  bunun müsbət nəticə verdiyini xatırladan Ç.Qənizadə koronavirusla mübarizədə  vətəndaş məsuliyyətini artıran cərimə və nəzarət tədbirlərinin gücləndirilməsinin  əhəmiyyətli olduğunu bildirdi.

Hüquq müdafiəçisi pandemiyanın dünyanın bütün ölkələrini qorxuyta saldığını bildirdi və dedi ki, bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virus indiyə qədər 10 milyon 250 mindən çox şəxsi yoluxdurub.  Artıq 504 mindən çox insan  dünyasını dəyişib. Azərbaycanda isə indiyə qədər ümumilikdə, 18 min nəfərə yaxın  koronavirusa  yoluxma faktı müəyyən edilib.  Üzücü olsa da deməliyəm ki, onlardan 200 nəfərdən çoxunun vəfat etdiyi bildirilir.  Göründüyü kimi, heç də xoşa gələn faktlar deyil. Nə yaxşı ki, Prezident İlham Əliyev koronavirusun geniş yayılmasının qarşısının alınması üçün ciddi tədbirlərin həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atdı, mühüm qərarlar qəbul etdi. Yoxsa, vəziyyət daha ağır olardı.

Belə mühüm tərdbirlər saysəində də Azərbaycan bu gün dünyada daha az itki verən dövlətlərdəndir. Ölkəmizin daha ağır fəsadlarla üzləşməməsi üçün qaydalara əməl etməli, tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Mən Prezident İlham Əliyevin  bu il iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı  hər birimiz üçün örnək olacaq bir firkri yenidən  xatırlatmaq istərdim:  “Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

1 2020 10:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə