Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Elmlər Akademiyasının akademiki xanım Alevtina Brovkinaya

Hörmətli Alevtina Fyodorovna!

Yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Mənim ən xoş arzularımı, möhkəm cansağlığı, uğurlar və əmin-amanlıq diləklərimi qəbul edin.

Siz dünya şöhrətli alim və istedadlı həkim kimi göz xəstəliklərinin müalicəsi üçün bir sıra qabaqcıl metodikalar yaratmısınız, onkooftal­mologiyanın inkişafına sanballı töhfə vermisi­niz.

Oftalmologiya sahəsində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində sizin mühüm rolunuzu xüsusi qeyd etmək istərdim. Sizin iştirakınızla Azərbaycanda onkooftalmologiya xidməti yara­dılıb, bu xidmət bu gün də respublika əhalisinə yüksək ixtisaslı yardım göstərir.

Əminəm ki, sizin dəyərli təcrübənizə və dərin biliklərinizə çoxsaylı şagirdləriniz və həmkarlarınız tərəfindən həmişə tələbat olacaq.

Əziz Alevtina Fyodorovna, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2020-ci il

1 2020 02:20 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə