Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət HACIYEV: Dünya ölkələri Azərbaycan Prezidentinin təşəbbüsünü çox vacib bir təşəbbüs kimi qiymətləndirir

Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı davam edir. Pandemiya dövründə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında çox sıx əlaqələr qurulub. Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın ilk vaxtlarında Azərbaycana verdiyi tövsiyələr çox ciddi şəkildə nəzərə alındı və ölkəmiz tərəfindən zəruri tədbirlər görüldü.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacı­yev deyib.

“Azərbaycan Respublikasının qlobal səviyyədə koronavirusla mübarizədə ən va­cib tədbirlərindən biri Prezident İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsüdür. Xatırlat­maq istərdim ki, Qoşulmama Hərəkatının mayın 4-də keçirilmiş Zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessi­yasının çağırılması ilə əlaqədar təklif irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən razılaşdırılaraq BMT-nin Baş katibinə müraciət edildi. Baş katib tərəfindən də Baş Assambleyanın prosedur qaydalarına uyğun olaraq üzv dövlətlərə müraciət edildi və onların razılığı istənildi. Qaydalara əsasən, BMT Baş As­sambleyasının əksəriyyətinin dəstəyi olduqda müstəsna hal kimi müntəzəm keçirilən sessiyalarla yanaşı, xüsu­si sessiyalar da keçirilə bilər. BMT tarixində çox az sayda xüsusi sessiya çağırılıb. COVID-19 ilə mübarizədə də məhz Azərbaycan Prezidenti tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü irəli sürülmüşdür. Bu təşəbbüs BMT-nin 130-dan çox üzv dövləti tərəfindən dəstəklənmişdir. Bu, beynəlxalq səviyyədə Azərbaycan Respubli­kasına olan etimadın, hörmətin növbəti bariz nümunəsidir. Hazırda BMT-nin müxtəlif struk­turları tərəfindən xüsusi sessiyanın çağırılması ilə bağlı müvafiq prosedur addımlar atılır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, bu gün Ermənistan dünyadan yardım diləndiyi halda, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı qlobal təşəbbüsünə qarşı çıxır. Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş oldu. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu, çox vacib və vaxtında irəli sürülən bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoydu.

AZƏRTAC

1 2020 02:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə