Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus müharibəsi hər bir vətəndaş qarşısında böyük məsuliyyət qoyur

Dünya miqyasında koronavirus müharibə kimi qəbul edilməlidir. Bu müharibənin də öz qayda-qanunları var. Müharibə qaydalarının doğurduğu davranış formaları olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Dünyanın hər yerində koronavi­rus təhlükəsi aradan qalxmayınca biz bundan tam sığortalandığımızı deyə bilməyəcəyik. Dövlətlər tərəfindən müəyyən karantin tədbirləri görülür, son­ra açılmalar olur və açılmalardan sonra artım müşahidə edilir. Sonradan yenidən karantin rejimləri tətbiq olunur. Bu ten­densiyanı bu gün biz Avropa ölkələrində də görə bilərik”, - deyən Hikmət Hacıyev qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daim dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında fəaliyyət göstərir.

Prezidentin köməkçisi bildirib ki, koronavirus müharibəsi hər bir vətəndaş qarşısında böyük məsuliyyət qoyur. Dövlətin gördüyü tədbirlərdə, qəbul olunan qərarlarda əsas məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır. Sevindirici hal ondan ibarətdir ki, bu gün Azərbaycanda ölüm miqyası bir o qədər də çox deyil. Lakin biz bu riskdən heç də tam şəkildə sığor­talanmamışıq. Bu təhlükə hələ də davam etməkdədir.

1 2020 02:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə