Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın dünyada birləşdirici rolu yüksək qiymətləndirilir

“Azərbaycan dövləti koronavirus pandemi­yasına qarşı mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Dövlətimiz özünün xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Bu prinsip pandemiya şəraitində də xarici ölkələrlə əlaqələrdə özünü aydın şəkildə göstərir...”. Bu fikirləri Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva dedi.

Deputat bildirdi ki, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan beynəlxalq miqyasda öz töhfələrini verir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi.

Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə yardım etməsidir. Azərbaycan indiyə qədər ehtiyacı olan 30-dan çox ölkəyə humanitar yardım göndərib. Bundan əlavə, ölkəmiz fərdi qaydada müvafiq beynəlxalq təşkilatlara da ianə verib. Beləliklə, dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır.

S.Fətəliyeva ölkəmizin koro­navirusla mübarizə istiqamətində təşəbbüslərinin beynəlxalq müstəvidə yüksək dəyərləndirildiyini diqqətə çatdırdı və xatırlatdı ki, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Preziden­ti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID–19-a qarşı birlikdəyik!” mövzusunda zirvə görüşü Azərbaycana və onun liderinə dünya­da olan inamın, etibarın və etimadın göstəricisidir.

Sevinc xanım dedi: “Bilirsiniz ki, sammitdə dövlətimizin başçısı çox vacib bir təkliflə də çıxış etdi. Dedi ki, qlobal həmrəyliyin nümunəsi kimi, Qoşulmama Hərəkatının üzv ölkələri olaraq, BMT Nizamnaməsində nəzərdə tutulan, Baş Assambleya­nın COVID–19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçirilsin. Bu, çox mühüm məsələdir və Azərbaycan Pre­zidentinin qlobal çağırışlara çox çevik bir reaksiya verməsinin göstəricisidir. Müvafiq qaydalara görə, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Bizdə olan rəsmi məlumatlara görə, artıq 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb”.

S.Fətəliyevanın qənaətinə görə, BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir: “Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir. Düşünürəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq”.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

1 2020 02:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə