Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyi Aparatının rəhbəri: COVID-19 elə bir infeksiyadır ki, qısa zamanda xəstənin vəziyyəti dəyişə bilər

Bir çox vətəndaşlarımız özlərində COVID-19-un əlamətlərini hiss etsələr də, onu başqalarına bildirməkdən çəkinirlər. Onlar bunu müəyyən müddət gizlədir və özbaşına müalicə tədbirləri görüb nəticə gözləyirlər.

Bu barədə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov Nazirlər Kabinetinin yanında Operativ Qərargahın iyunun 30-da keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: “COVID-19 elə bir in­feksiyadır ki, qısa zaman ərzində xəstənin vəziyyəti dəyişə bilər. Əgər ağırlaşma hallarını az görmək istəyiriksə, infeksiyaya dair əlamətləri özündə hiss edənlər həkimə müraciət etməlidirlər. Onların belə hallarda poliklinikaya, sahə həkiminə müraciət etmələrini məsləhət görürəm. Lakin həmin şəxslərin özlərinin poliklinikaya getmələri məsləhət deyil, çünki onlar poliklinikada digər insanları yoluxdura bilərlər”.

AZƏRTAC

1 2020 01:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə