Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaqut QARAYEVA: Sərt karantin rejimi tətbiq olunmasaydı, yoluxma hallarının ikiqat artımını müşahidə edə bilərdik

Hazırda tətbiq olunan sərt karantin rejimi öz nəticəsini verir. Belə ki, ölkəmizdə COVID-19-a yoluxma sayı stabilləşib.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

“Düzdür gündəlik yoluxma sayı 500-dən çoxdur. Lakin yoluxma hallarının ikiqat artımı ola bilərdi ki, sərt karantin rejimi nəticəsində bu, baş vermir. Bu da bizə imkan verir ki, biz müalicə müəssisələrində çarpayı fondunu doğru istifadə edək və xəstələrə normal tibbi xidmət göstərə bilək. Bu, bizim üçün çox önəmlidir”, - deyə Y.Qarayeva qeyd edib.

TƏBİB-in şöbə müdiri şadlıq sarayla­rında xəstələrin yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Hazırda heç bir halda koronaviruslu xəstə tibb müəssisəsindən kənarda müalicə olunmur. Sadəcə olaraq, Atletlər Kəndi karantin müəssisəsi olaraq istifadə edilir. Orada bəzi xəstələrin qəbul olunması və müayinə nəticəsində çeşidlənməsi həyata keçirilir. Bundan başqa, xəstələrin səhiyyə müəssisələrindən kənarda müalicəsi aparıl­mır”.

AZƏRTAC

1 2020 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə