Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 230 Bakı şəhəri, 30 iyun 2020-ci il

“Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haq­qında” Azərbaycan Respublikası Qanu­nunun tətbiqi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 193, № 4, maddə 498) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “tibbi ləvazimat və prepa­ratların” sözləri “malların” sözü ilə əvəz edilsin.

2. Preambulanın birinci abzasında “(2019-nCoV) xəstəliyinin” sözləri “(CO­VID-19) infeksiyasının” sözləri ilə əvəz edilsin.

3. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə siyahısı bu Qərara əlavə olunan malların Azərbaycan Respub­likasının gömrük ərazisindən aparılması məhdudlaşdırılsın.”.

4. 3-cü hissədə “iyulun 1-dək” sözləri “sentyabrın 1-dək” sözləri ilə əvəz edilsin.

5. “Yeni koronavirus (COVID-19) in­feksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respub­likasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı” Qərara əlavə edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 14 fevral

tarixli 42 nömrəli Qərarına

əlavə

 

Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən

aparılması məhdudlaşdırılan malların

 

SİYAHISI

 

Sıra  №-si

XİF MN üzrə kod

Malın adı

1

2

3

  1.  

2207 10 000 0

Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

  1.  

2207 20 000 0

Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

 

  1.  

 

2208 90 910 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

 

  1.  

 

2208 90 990 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

 

  1.  

 

Qrup 30-dan

Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001 və 3006 mal mövqelərində təsnifləşdirilənlər istisna olmaqla)

  1.  

3808 94-dən

Dezinfeksiyaedici vasitələr

  1.  

3822 00 000 0-dan

Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

  1.  

3926 20-dən

Baxillər

  1.  

4015 19-dan

Steril və qeyri-steril əlcəklər

 

 

  1.  

 

 

5603-dən

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar

  1.  

6210 10-dan

Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

 

 

  1.  

2

3

 

  1.  

 

6307 90-dan

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

  1.  

9004 90-dan

Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər

 

  1.  

 

9019 20 000 0

Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı

  1.  

9025 19-dan

İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə