Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında görüşü olub

İyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə videokonfrans formatında görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bir saat davam edən videokonfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qa­nuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. Elmar Məmmədyarov Ermənistanın təxribat xarak­terli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti videokonf­rans formatında görüşünün təşkilinə razıla­şıblar. Həmçinin həmsədrlər nazirlərin bir­başa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.

1 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə