Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADA Universitetində məzunlarıntəbrik edilməsi onlayn formatda keçirilib

İyunun 30-da ADA Universitetinin 465 tələbəsi və ADA Məktəbinin 36 şagirdi məzun olaraq, bu ali təhsil müəssisəsinin elmi-pedaqoji kollektivi tərəfindən təbrik edilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, yerli tələbələrlə yanaşı, Maldiv Respublikası, Meksika, Moldova, Nige­riya, Vyetnam, Rusiya, Türkmənistan, Özbəkistan, Gürcüstan, Yəmən və İran da daxil olmaqla 11 ölkəni təmsil edən əcnəbi tələbələr məzun olublar.

Universitetin kampusundan birbaşa yayımlanan tədbirdə dekanların, xa­rici müəllimlərin, tələbələrin və ADA əməkdaşlarının da təbrik videoları yayımla­nıb, ali təhsil müəssisəsində tələbə həyatını əks etdirən videogörüntülər nümayiş etdi­rilib. Yayım zamanı, tələbələr universitetin “Facebook” səhifəsində keçirilən və ADA-da ən xoş xatirələri ilə bağlı olan fotokam­paniyada iştirak ediblər. Bir neçə tələbə ilə canlı telefon bağlantısı yaradılıb.

Rektor Hafiz Paşayev 2020-ci il məzunlarını təbrik edərək, onları gələcəkdə də universitetin fəaliyyətində yaxından iştirak etməyə səsləyib. Universitetin kam­pusunda tələbələrlə mütəmadi görüşlərini məmnunluqla xatırlayan rektor pandemiya dövründə təhsillərini uğurla davam etdirən məzunlara, habelə təlim-tədrisin davam­lılığını təmin edən və fədakarlıq göstərən professor-müəllim heyətinə minnətdarlığını bildirib. Ev şəraitində təhsil alan tələbələrə dəstəyini əsirgəməyən valideynlərə də xüsu­si təşəkkür edən Hafiz Paşayev övladlarının məzun olması münasibətilə onları təbrik edib.

“Bilik və bacarıq qazan­maq mümkündür, lakin öz prinsipləri əsasında həyatını davam etdirməyən şəxslərin gələcəkdə uğur qazanması mümkünsüzdür”, - deyən Hafiz Paşayev məzunlara təhsil müddəti ərzində aşılanan prinsiplərə sadiq qalmaları­nı, harada və hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, onları vətənpərvər və müstəqil Azərbaycanın gələcəyinin təminatçıları sıra­sında görmək istədiyini bildirib.

Tədris işləri üzrə prorektor Vəfa Kazdal ADA Universitetinin hər zaman məzunları ilə qürur duyduğunu vurğulayıb. ADA Məktəbinin məzunlarını da təbrik edən pro­rektor bu ilin onlar üçün xüsusilə çətin keç­diyini, yeni təhsil mühitinə, onlayn təhsilə keçid etmələrinə baxmayaraq, öz missiyala­rını uğurla tamamladıqlarını qeyd edib.

ADA Universitetinin tələbələri Günay Bədəlova və Ceyran Cəfərova musiqi ifaları ilə çıxış ediblər.

Qeyd edək ki, ADA Universiteti tədris ili ərzində Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton, Fransanın CEFAM universitetləri ilə ikili diplom proqramlarına dair tərəfdaşlıq razılaşmaları imzalayıb. Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə doktorantura proqramı, İtaliya­nın Luiss Universiteti ilə tələbə mübadilə proqramı təsis edilib. Bununla yanaşı, ADA Universiteti, müasir təhsilin tələblərinə cavab vermək məqsədilə Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramı­nı təqdim edib.

1 2020 01:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə