Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 225 Bakı şəhəri, 29 iyun 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edil­miş “Sudan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə

“İnzibati məhkəmələrin və kom­mersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunu­nun tətbiqi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamının 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950; 2017, № 7, maddə 1480; 2018, № 9, maddə 1939; 2020, № 2, maddə 186) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 2 nömrəli əlavə - “Su təchizatı və tullantı sularının axıdıl­ması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahib­karlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılan Müqavilə”nin 5.4-cü bəndindən “İqtisad” sözü çıxarılsın.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə