Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 224 Bakı şəhəri, 29 iyun 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral ta­rixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti materiallarının və məmulatının standartlara uyğunlu­ğunun yoxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahib­karların maraqlarının müdafiəsi haq­qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1602-VQD nömrəli Qa­nununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 iyun tarixli 1243 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 217) ilə təsdiq edilmiş “Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları”nın 1.4-cü bəndində “Sahib­karlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraq­larının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara uyğun” sözləri “bu Qaydalara uyğun, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə