Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sədaqət VƏLİYEVA: Koronavirus pandemiyası görünməz düşmənlə müharibədir və sərt mübarizə tələb edir

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva sosial şəbəkə hesabında pandemiya ilə əlaqədar ölkəmizdə yaranmış vəziyyətlə bağlı soydaşlarımıza müraciətində bildirib:

–Mən koronavirus pandemiyası ilə bağlı vəziyyətə dair çağırış etmək, müraciət etmək istəyirəm. İnanıram ki, pandemiyadan irəli gələn vəziyyət barədə hər bir vətəndaşımızın məlumatı var. Bu gün hər kəs gündəlik dünyada və Azərbaycanda nə qədər insanın koronavirusa yo­luxduğunu və vəfat etdiyini göstərən statistika ilə tanışdır. Lakin istərdim ki, hər bir Azərbaycan vətəndaşı pande­miyanın görünməyən tərəfləri barədə məlumatlansın və bizi nələr gözləyə biləcəyini, hansı təhlükələrlə qarşıla­şa biləcəyimizi bilsin.

Son günlərdə ekspertlərin və mütəxəssislərin hesablamalarına görə dünya əhalisinin 60-70 faizi virusa yoluxa bilər. Bu isə 3-4 milyard insanın yoluxması, 150- 200 milyona qədər insanın isə pandemiyanın qurbanı ola bilməsi deməkdir. Hazırda dünyada ABŞ, Braziliya, Rusiya, İran, Meksika, Pakistan kimi ölkələr var ki, orada gündəlik yolux­ma 4-20 min nəfər arasındadır. Azərbaycanda isə indiyədək 16 mindən çox vətəndaşımız koro­navirusa yoluxub. Çox təəssüf olsun ki, 200 nəfərdən artıq insan bu virusun qurbanı olub. Vəziyyətin hansı səbəblərdən bu həddə çatması barədə heç düşünmüşükmü?

Deputat müraciətinin davamın­da yazıb:

–Mart-aprel ayında Azərbaycanda minədək yoluxan var idisə, bu gün bu rəqəm 16 dəfə artıb. Biz əvvəllər koronavirusa gündəlik yoluxanların sayından danışarkən 30-50, yum­şalmadan sonra 100-150, sonrakı mərhələdə 250-350 nəfər statistika­sını qeyd edirdik. Bu gün isə artıq 500--600 arası yoluxmadan danışırıq. Ölüm hallarından isə söz düşəndə gündəlik eşitdiyimiz 1-2 rəqəmi artıq 6-7 səviyyəsinə yüksəlib. Heç təhlil etmişikmi ki, bu cür dinamika bizə nələr vəd edir?

Nə qədər acı olsa da, artıq etiraf olunmalıdır ki, insanların məsuliyyətsiliyi aradan qalxma­sa, karantin qaydalarına riayət edilməsə, yemək-içmək məclisləri, şəxsi istirahət, fərdi maraqlar xalq, dövlət naminə kənara qoyulmasa, bir müddət sonra yoluxanların sayı dəfələrlə artacaq, xəstəxanalarda yer çatışmazlığı olacaq. Ən pisi isə ambulator müalicəyə cəlb olunanlar dərman tapa bilməyəcəklər. Səbəb isə çox aydındır.

Dünyanın heç bir ölkəsinin səhiyyəsi bu cür virus hücumuna ha­zır deyildi. Təsəvvür edin ki, əgər bu gün tibbi avadanlıqları sifariş verdiyi­miz ölkələr öhdəliklərini öz maraqla­rına görə yerinə yetirə bilmirlərsə, o zaman sabah dərman istehsalçısı olan ölkələr dərman satmaqdan da imtina edə bilər. O zaman nə edəcəyik? Bəli, dövlətin kifayət qədər pulu var. Bəs dünyada elə bir ölkə tapılacaqmı ki, bizə lazımi avadanlıqları və dərmanları satsın?

Həmkarlarımdan xahiş edirəm ki, bu və digər təhdid doğuran məsələlərlə bağlı seçicilərinə müraciət etsinlər, onları karantin qaydalarına tam riayət etməyə çağırsınlar. Jurnalistlərdən xahiş edirəm ki, populizm, sensasiya xatirinə informasiya yaymasınlar, sosial şəbəkələrdəki təxribatları ifşa etsinlər, dövlət və xalq əleyhinə ləkələmə kampaniya­sı aparanları, karantin qaydalarını pozan, maskadan istifadə etməyən insanları sərt ictimai qınağa məruz qoysunlar. Hüquq-mühafizə orqanla­rından xahişim isə odur ki, cərimələrin artırılması ilə əlaqədar onlar da nəzarəti daha da gücləndirsinlər.

Deputat Sədaqət Vəliyeva sonda diqqətə çatdırıb ki, koronavirus pandemiyası görünməz düşmənlə müharibədir və proseslər xalqın, dövlətin maraqları naminə sərt, müharibə qanunları ilə idarə olunmalı­dır: “Xalqımız, cəmiyyətimiz xəstəliyə yoluxandan sonra nə demokratiya, nə də insan haqları bizə kömək edə bilər. Bir daha qeyd etmək istəyirəm ki, əlverişli şansımızı bir dəfə itirmişik. Bugünkü acı reallıqlarla üz-üzəyik. Ən azından bundan sonra imkan verməyək ki, virusun yayılma və öldürmə arealı genişlənsin”.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

1 2020 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə