Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentimiz beynəlxalq miqyaslı lider olduğunu bir daha sübut etdi

Son vaxtlar cənab Prezident İlham Əliyevin beynəlxaq miqyaslı tədbirlərin keçirilməsi təşəbbüsləri dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır. Bu il mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi dövlətimizin başçısı­nın təşəbbüsü ilə 40-dan çox ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfransı keçirilmiş və bu video­konfrans bütün dünyanı narahat edən COVID-19-a qar­şı birgə mübarizə tədbirləri ilə bağlı olmuşdur: “Tədbir “COVID-19-a qarşı birlikdəyik” mövzusu çərçivəsində həyata kerçirilmişdir.

Prezident İlham Əliyevin COVID-19-a qarşı mübarizədə beynəlxalq aləmdə ilk təşəbbüsü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün keçirilməsi olmuşdur.

Qoşulmama Hərəkatının təmas qrupu formatın­da həyata keçirilən videokonfransda da Prezident İlham Əliyev növbəti bir təşəbbüslə çıxış etmiş və BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı çağırış etmişdir. Çox qürurverici bir haldır ki, bu günə qədər 130-a qədər ölkə rəhbəri təşəbbüsü yüksək qiymətləndirmiş və dəstəkləmişdir. Bu, Azərbaycana və ölkə Prezidenti İlham Əliyevə olan böyük hörmətin və etimadın təzahürü kimi qiymətləndirilir. Beləliklə, hazırda Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koro­navirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilmişdir.

Bu amansız virusa qarşı mübarizədə dövlətlərin çoxunun özünütəcridə meylli olması, qlobal təşəbbüs göstərilməməsi, dünyanın ən nüfuz­lu beynəlxalq təşkilatının problemə yetərincə diqqət yetirə bilməməsi təşəbbüsün aktuallığını və əhəmiyyətini qat-qat artırır. Azərbaycan bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin bariz nümunələrini göstərdi. COVİD-19-a qar­şı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə ayırmağımız, 30-dan çox ölkəyə humanitar yar­dım göndərməyimiz bu fikirlərin əyani təsdiqidir. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin funda­mental prinsipləridir. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleya­sının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünün 130 ölkə tərəfindən bəyənilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsi sayıl­malıdır. Azərbaycanın artan nüfuzu onu beynəlxalq icmanın ən fəal və çevik iştirakçılarından biri kimi tanıtmışdır.

Dəfələrlə Azərbaycan Prezidentinin regional və beynəlxalq əhəmiyyət kəsb edən təşəbbüslərinin dünyada müzakirə predmetinə çevrilməsinin, bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasının şahidi olmuşuq.

Ölkəmizdə pandemiyanın yaratdığı problemlər nə qədər ciddi və çox olsa da, Prezidentimiz məcburi köçkünlərin sosial problemlərinə yenə də böyük qay­ğı və diqqətlə yanaşır. Bu günlər nə qədər məcburi köçkünə yeni inşa edilmiş şəhərciklərdə mənzillər verilir. Onlar üçün məktəblər, tibb müəssisələri, uşaq bağçaları inşa edilir, yeni iş yerləri yaradılır. Demək istəyirəm ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli təşkilində əhəmiyyətli rol oynaya bilər.

Allahverdi HAXVERDİYEV,
YAP Qubadlı rayon təşkilatının sədri

1 2020 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə