Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cərimələrin məbləğinin artırılması zərurətdən irəli gəlir

Son vaxtlar respublikamızda koronavirusa yoluxanla­rın sayında artım müşahidə olunur. Bu da, ilk növbədə, karantin rejimi qaydalarının pozulması ilə əlaqədardır. İnsanlar başa düşməlidirlər ki, pandemiya sürətlə yayılır və bunun qarşısını almaq üçün mütləq operativ qəragahın və TƏBİB-in tələblərinə ciddi əməl etməliyik. İstənilən tədbir hər birimizin sağlamlığını qorumaq üçündür. Lakin karantin rejimini bu və ya digər yollarla pozan insanların sayı da az deyil. Məhz belə insanlar­la mübarizə məqsədi ilə parlamentdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilmişdir.

Karantin rejimini pozan fiziki şəxslərin 50, vəzifəli şəxslərin 100, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə olun­ması barədə qərar qəbul edilmişdi. Lakin bəziləri bundan da nəticə çıxarmır, qaydalara əməl etmirdilər. Karantin rejimi qaydalarını pozan şəxslərə qarşı tətbiq edilən cərimələrin məbləğinin artırılması zərurəti yaranıb. Bəlkə, bu yolla bəzi şəxslər qaydalara əməl edərlər. Digər dövlətlərdə də bu üsuldan istifadə olundu. Məsələn, ABŞ-da qaydalara riayət etməyənlər ilkin olaraq 100 dollar cərimələndi. Sonra isə bu məbləğ bir qədər də artırıldı.

Gürcüstanda da belə sərt cərimələr tətbiq olundu. Bizdə də belə cərimələr edilsə, insanlar səbəbsiz yerə evdən çıxmaz və virusa yoluxanların sayı da belə sürətlə artmaz.

Artıq pandemiyanın ikinci dalğasının başlandığı heç kəsə sirr deyil. Hətta rəsmi statistik məlumatlara görə, bir gün ərzində 183 min insan bu virusa yoluxub. Təəssüf ki, pandemiyanın təsirləri ölkəmizdən də yan keçmədi. Xüsusilə, burada bir nüansı qeyd etməliyəm. Bir qədər əvvəl sağalanların sayı­nın yoluxanları üstələməsi ölkədə mövcud karantin qaydalarının yumşalmasına səbəb olmuşdu. Təəssüf ki, insanların məsuliyyətsizliyi ucbatından virusa yoluxma halları yenidən, hətta, daha kəskin artmağa başladı. Buna görə də yenidən sərt karantin rejimi bərpa edildi. Ona görə də cərimələrin məbləğinin artırılması vacibdir.

Elman NƏSİROV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

1 2020 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə