Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər və idman naziri Cəlilabadda

Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Lənkəran,  Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinlərinin şikayət  və müraciətlərini  dinləyib.Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cəlilabad rayon  Heydər Əliyev Mərkəzində baş tutan və  ümumilikdə 20-ə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər  gənclər, idman və digər sahələri əhatə edib.

İdman sahəsi üzrə edilən müraciətlər sırasına isə  fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM)   və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular daxil olub.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay- qış  istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

5 Oktyabr 2018 16:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə