Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya ölkələri pandemiyaya həmrəyliklə qalib gələcəklər

Cəmi bu üç amil, bunu həkimlər, müxtəlif ictimai xadimlər, bəlkə də, min dəfə deyiblər, gərək nəzərə alınsın: tib­bi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, korona­virus yoxa çıxmayıb.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Pandemiya başlayandan bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusun yaratdığı təhlükəyə qar­şı dövlətimiz hərtərəfli mübarizə aparır. COVID-19 virusu getdikcə öz təsirini daha çox göstərməkdədir. Görülən tədbirlərə baxmayaraq ölkəmizdə koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Pandemiya başlayan vaxtdan profi­laktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə qanunauyğun şəkildə ölkədə xüsusi karantin rejimi elan edildi. Dövlət başçısı pandemiyanın mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlər haqqında fərman imzaladı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddət ərzində 20-dən çox xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün la­zım olan bəzi tibbi avadanlıq və ləvazimatlar Azərbaycana gətirildi. Maska və kombinezon istehsal edən müəssisələr işə salındı.

Bundan əlavə, bu dövrdə “Yeni klinika” tibb müəssisəsi və modul tipli 5 xəstəxana kompleksləri istifadəyə verildi. Paytaxtda və regionlarda koronaviruslu xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı. Dövlətimiz beynəlxalq müstəvidə də təqdir edilən addımlar atdı. Prezident koronavirusla mübarizə üçün ÜST-ə öncə 5 milyon ABŞ dolları və sonra Qoşulmama Hərəkatının üzv ölkələrindən ən çox yardıma ehtiyacı olan ölkələrə dəstək vermək üçün həmin beynəlxalq təşkilata əlavə 5 milyon ABŞ dolları ianə etdi. Həmçinin 30-dan çox dövlətə humanitar yardım göndərdi. Ümumən, dünyada COVID–19-un pandemiya elan edilməsindən indiyə qədər Azərbaycan Prezidenti tərəfindən regional və qlo­bal səviyyədə, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə zəruri təşəbbüslər irəli sürülmüşvə həyata keçi­rilmişdir. Bu günlərdə genişmüzakirələrə səbəb olan, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT BaşAssambleyasının COVID–19-a həsr olun­muşxüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə 130 ölkə tərəfindən verilən bö­yük dəstək həmin dövlətlərin Azərbaycana olan böyük inam və hörmətinin ifadəsi idi.

Pandemiya ilə mübarizə məqsədilə ilk gündən dövlət başçısı, müxtəlif qurumlar və ayrı-ayrı səlahiyyətli mütəxəssislər tərəfindən vətəndaşlara edilən müraciətlərdə sanitar-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qarşıya qoyuldu. Buna görə də hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Martın sonu, apre­lin əvvəllərində görülmüştədbirlər müsbət nəticələr verdiyindən, yəni, sağalanların sayı yoluxanlardan çox olduğuna görə, aprelin 27-dən etibarən mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlandı.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi, Azərbaycan nümunəvi ölkə kimi qeyd olundu. Yəni dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və bu gün də bu davam edir. Sonrakı mərhələdə isə əsas həlledici amil vətəndaşməsuliyyəti idi.

Bununla da vətəndaşların məsuliyyətsiz addımlarına şahid olduq. Karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insan­ların çoxu operativ qərargahın tələblərinə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Buna görə də iyunun əvvəlində ölkədə yüksək yoluxma həddi qeydə alındı və vəziyyətin kritik olduğunu görən hökumət başçısı iyunun 4-də əhaliyə müraciət edərək, sərt karantin rejiminin tətbiq olunacağını bildirdi. Onda yoluxma həddi 325 idi.

Sonra həftəsonu küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi zərurət oldu. Çünki həmin günlər yoluxanlarla sağa­lanlar arasında fərq kəskin artdı. Yoluxma sayı iyunun 6-da 379-a qalxdı. Bu isə onu göstərdi ki, vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminin tələblərinə ciddi əməl etməməsinə görə yoluxanların sayı yenə artacaq. Bunun üçün dəfələrlə deyildiyi kimi, sadə tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tib­bi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Ancaq xüsusən, sərt karantin reji­minin yumşaldılması ilə bağlı son qərardan sonra, təəssüf ki, maska taxılmaması, sosial məsafənin gözlənilməməsi meyilləri artdı.

Buna görə də Nazirlər Kabineti yanında operativ qərargahın tibbi bölməsinin həftə sonları COVID–19-a daha çox yolux­manın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda izolyasiya tədbirləri sırasında qardaşTürkiyənin təcrübəsindən istifadə olundu. Virusun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin reji­mi müəyyən günlərdə sərtləşdirildi. Buna baxmayaraq, bəzi vətəndaşlarımız yenə də qoyulan qaydalara, karantin tələblərinə laqeydlik, biganəlik göstərdilər. Xüsusilə, həftəsonu tətbiq edilən sərt rejimlə bağlı həftənin beşinci günündən rayonlara, istirahət bölgələrinə başlanan yolçuluq insanların xəstəliyə necə biganə yanaşdıq­larını göstərdi.

Karantin tədbirlərinin yumşaldılması ilə dövlət öz vətəndaşlarının şəxsi məsuliyyətinə etibar etdi, onlara inandı, güvəndi. Lakin bəzi insanlar bunu doğru-dürüst anlaya bilmədilər. Qayda­ların yenidən sərtləşdirilməsinə və cəza sanksiyalarının tətbiq olunmasına ehtiyac zərurətdən yarandı. İnsanlardan tələb olunan budur ki, hər bir kəsi, ən doğması olsa belə, potensial xəstə kimi qəbul edərək qorunsun.

Fədakar həkimlərimiz aylardır ailələrinə həsrət qalırlar, gecə-gündüz işləyirlər, saat­larla xüsusi geyimdə olurlar. Yay fəslində xüsusi geyimdə çətin olsa da, yorulmadan çalışır, COVID – 19-la mübarizə aparırlar. Bəs biz, 2 gün evdə qalmaq istəməyən vətəndaşlar dövlətimizə və həkimlərimizə necə kömək edirik? Soyuq reanimasiyada süni tənəffüs aparatına qoşulan xəstələrin necə əziyyət çəkdiklərindən, həkimlərin, tibb bacılarının onları həyata qaytarmaq üçün necə əzmlə çalışdıqlarından, nə qədər stress keçirdiklərindən xəbəriniz varmı? ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev bildirib ki, mar­tın 21-dən koronaviruslu xəstələrlə işləyən həkimlərimizdən COVID–19-a yoluxan və müalicə alanlar var. Virusun yayıldığı ilk dövrlərdə yüngül xəstələrin müalicəsi apa­rılsa da, hazırda burada yalnız ağır korona­virus xəstələrinin qəbulu həyata keçirilir. Xəstələrin vəziyyətinin normallaşması, onların süni tənəffüs aparatından ayrılaraq sağaldılıb evə yola salınması həkimlərin uğurudur. Çünki xəstənin süni tənəffüs aparatından çıxması və həyata qayıtması, doğrudan da, çox çətin prosesdir.

Təəssüf olsun ki, həkimlərin bildirdiyinə görə, hazırda xəstələr arasın­da vəziyyəti pisləşməyə doğru gedənlər çoxdur. Yaşlı insanlar üçün COVID-19-un daha riskli olduğunu bildirən həkimlər 90 yaşlı xəstənin sağalıb evə göndərilməsinə də müvəffəq olublar. Burada müalicə alaraq sağalan ən gənc pasientin 37 yaşı olub. Həkimlər bildirirlər ki, süni tənəffüs aparatına qoşulan xəstələrin həyatını xilas etmək əksər hallarda mümkün olmur. Çünki əksəriyyəti gec müraciət edir və onların ağciyərləri artıq sıradan çıxmışolur. Əgər 20 bu cür xəstə varsa, onlardan 3-ühəyatda qalmağı bacarır. COVID–19-un əsas simptomlarından biri hərarətdir, qızdırması olan şəxs mütləq şəkildə tədbir görməlidir. Bundan başqa, boğaz ağrısı, qoxu və dadbilmənin itməsi, müxtəlif ağrılar da ilkin simptom kimi özünügöstərə bilər.

COVID-19-a yoluxmuşhəkimlər qeyd edirlər ki, qollarında və kürəyində ağrılar hiss edən 2 tibb bacısında başqa heç bir simptom olmasa da, testin nəticəsi pozitiv olub. Həkimləri narahat edən məsələlərdən biri də səhhətinə qarşı laqeyd olan in­sanlardır: “Elə insanlar var ki, hərarəti olduğu halda, bunu adi soyuqdəymə kimi qiymətləndirirlər. Belələri özünüqoruma­ması bir yana, başqaları üçün də təhlükə yaradır, kafe, restoran və digər yerlərə gedib insanlarla təmasda olur və onları da yoluxdurur. Bu xəstəlik hərədə özünübir cür göstərir. Elə insan var ki, virusa yolu­xur, rahat keçirir və sağalır. Eləsi var ki, onun üçün çox çətin keçir və ya xəstəliyə tab gətirməyərək dünyasını dəyişir. Ona görə insanlar maksimum ehtiyatlı olmalı­dırlar. Bir COVID–19 xəstəsi özüsağalsa da, başqa birinin ölümünə səbəb ola bilər”.

Həkimlər 8 saatlıq növbə ilə çalı­şırlar. Bu işi bir qədər də çətinləşdirən təpədən dırnağa kimi büründükləri xüsusi geyimləri– formalarıdır. Bəzən 8 saatdan daha çox içində qaldıqları bu forma yayın isti günlərində həkimlərimizin əziyyətini daha da artırır. Gərgin işrejimi ilə çalışan həkimlər yoluxma riskinin yüksək olduğu­nu nəzərə olaraq, mütəmadi olaraq koro­navirus testindən keçirlər. Koronavirusla mübarizədə bir problem də həkimlərin sözlərinə görə, bəzi insanların COVID–19 testindən keçməyə qorxmasıdır. Virusun əlamətlərini hiss etsə də gedib testdən keç­mir. Deyir ki, birdən testin nəticəsi pozitiv olar, məni karantinə alarlar. Halbuki, 1 sutkada antiviral müalicələri etdikdə insan sağalır. Gecikdikdə isə ağciyərlər sıradan çıxır və artıq heç nə etmək olmur. Bəzi insanlar isə virusun mövcudluğuna inanmır. Hətta, həkimlərin yaxınlarının arasında da koronavirusun mövcudluğuna inanmadı­ğını deyənlər var. Təəssüf ki, bir müddət sonra onlar həkimlərə müraciət edirlər ki, filan qohumumda koronavirus aşkarlanıb, vəziyyəti ağırdır.

Cəmiyyətdə yetərincə maarifləndirmə işi aparılır. Çünki vəziyyət getdikcə daha da ağırlaşır və insanlar bunun ciddiliyini dərk etməlidir. Bunu tam şəkildə qəbul etməliyik ki, biz maskadan istifadə, sosial məsafə gözlənilməsi və gigiyenik qaydalara diqqət etməsək, xəstə sayı daha da artacaq. Necə ki, artır və iyunun 24-də 590-a çatdı. Ayın 28-də yoluxma sayı 534, iyunun 29-da isə 544 oldu. Tibb işçiləri vətəndaşları bu məsələdə həssas olmağa, insanların sıx toplaşdığı yerlərdən uzaq durmağa, maska və spirtdən istifadə etməyə, zəruri gigiyena qaydalarına əməl etməyə çağırır.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva instaqram səhifəsində etdiyi paylaşımda həkimlərə vətəndaşdəstəyi kimi, qanun-qaydalara ciddi əməl etməyi, maska taxmağı, insan­lar arasında məsafə gözləməyi, gigiyenik təmizliyə riayət etməyi tövsiyə edib. Cənab Prezident çıxışlarında dəfələrlə bildirmişdir: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-verişmərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin”. Hər kəs başa düşməlidir ki, taxdığı maska öncə özünüvirusdan qoruyur. Cənab Prezidentin bölgələrə səfərə gedəndə maskadan istifadə etməsi hər kəsə nümunə olmalı, hamı bu qoruyucu vasitədən istifadə etməlidir.

Son olaraq deyək ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqti­sadi və humanitar təhlükələr yaratmışdır. COVID–19-un davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının, BMT BaşAssambleyasının xüsusi sessiyası çərçivəsində dünyanı bürüyən koronavirus­dan çıxışyollarını müzakirə etməsinə və həll yollarının tapılmasına ehtiyac vardır. Əlbəttə, inanırıq ki, pandemiya əbədi deyil, tədricən zəifləyəcək, aradan çıxacaq. Dünya ölkələri bu amansız bəlaya qarşı həmrəy olmaqla, güclərini birləşdirməklə qalib gələcəklər.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

1 2020 00:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə