Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Qida Təhlükəsizliyi Institutu” publik hüquqi şəxs cari təmir xidmətlərinin (generator, UPS, servis və təmir) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara ma­lik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 100 (bir yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını “Asan Ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.

Təşkilat- “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

VÖEN- 1005379691

Bank-“Kapital Bank” ASC-nin Mərkəz filialı

VÖEN- 9900003611

H/h- AZ71AI­IB38090019440419396102

M/h- AZ­37NABZ01350100000000001944

Kod- 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blank­larda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- avadanlıqların təmiri və servis xidmətləri üçün lisenziyası və ya sertifikatı olmalıdır;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş ana­loji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 20 iyul 2020-ci il saat 17.00-a, tender təklifini və bank təminatını isə 29 iyul 2020-ci il saat 17.00-а qədər portal vasitəsilə təqdim etməlidirlər. İddia­çıların təklifləri 29 iyul 2020-ci il saat 17.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tender komissiyası

1 2020 00:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə