Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:109) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 9 FEVRAL 2018-Cİ İL TARİXLİ 3654 NÖMRƏLİ SƏRƏNCAMI İLƏ Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq aşağıdakı vəzifənin tutulması ilə əlaqədar MÜSABİQƏ ELAN EDİR

– İlahiyyat fakültəsinin dekanı.

Namizəd qarşısında qoyulan tələblər:

Dekan vəzifəsinin tutulması üçün müsabiqədə iştirak edən vətəndaş aşağıdakılara malik olma­lıdır:

- fakültədə kadr hazırlığı aparı­lan ixtisaslara uyğun ixtisasa;

- ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlı­ğına;

- elmi ad və elmi dərəcəyə.

Müsabiqədə iştirak etmək istəyənlər ərizə ilə institutun rektoruna müraciət edə bilərlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

• kadrlar uçotunun şəxsi vərəqəsi;

• tərcümeyi-hal;

• ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

• elmi və elmi-metodiki işlərin siyahısı;

• dekanlığın gələcək inkişafı ilə bağlı namizədin platforması.

Sənədlər elan dərc olunduqdan sonra 1 (bir) ay müddətində qəbul edilir.

Qeyd-namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur.

Müsabiqənin keçirilmə müddəti 1 (bir) aydır. 2020-ci il avqust ayının

1-dən 31-dək (hər iki tarix daxil olmaqla).

Telefon-510-65-45.

Ünvan-AZ 1141, Bakı, Əhməd Cəmil küçəsi 41/A.

 

1 2020 00:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə