Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçiriləcəkdir.

Lot- 1 .Mexanizmlər üçün ehtiyat hissələrinin, mexaniki və elektrik avadan­lıqlarının satın alınması.

Lot- 2 .Tikinti materiallarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Eldar Abbasov.

Ünvan- Tovuz rayonu ,Düz Cırdaxan kəndi.

E-mail: [email protected]

Telefon-055-761-11-31.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan he­saba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

Tovuz Suvarma Sistemləri İdarəsi

• H/h- AZ45C­TRE00000000000002353501

• VÖEN- 7300168331

• Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN- 1401555071

• Kod- 210005

• M/h- AZ­41NABZ01360100000000003944

• S.W.İ.F.T: BİK CTREAZ 22

Malgöndərənlər (podratçılar) iddi­açı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olun­muş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ix­tisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplu­sunda tələb olunan sənədlərdə və forma­larda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, ava­danlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 15 iyul 2020-ci il saat 12.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 23 iyul 2020-ci il saat 12.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunma­yacaqdır.

Tender təklifi zərfləri 24 iyul 2020-ci il saat 12.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

1 2020 00:31 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə