Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jozep Borrell: Avropa Türkiyəyə dəstəyini davam etdirəcək

Avropa İttifaqı (Aİ) Türkiyəyə dəstəyini davam etdirəcək. Bu bəyanatla Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell çıxış edib. O bildirib ki, Suriyada törədilən kütləvi cinayətlər cəzasız qalmamalıdır:

Avropalı diplomat məsələni şərh edərkən deyib: “Suri­yada müharibə böyük itkilərə yol açıb. Xalq hələ də qorxu içində yaşayır. Bölgədə sa­bitliyin təmin edilməsi vacib məsələdir”.

Borrell qeyd edib ki, Aİ həm Suriyaya, həm də miqrantla­ra qucaq açan qonşu ölkələrə dəstəyini davam etdirəcək.

“Türkiyə, İordaniya və Livan kimi ölkələr çoxsaylı miq­rant axınına qapılarını açaraq fövqəladə şəkildə həmrəylik göstərib. Suriya xalqının ağrılarını yüngülləşdirmək üçün daha çox iş görməliyik. Diqqəti siyasi həll variantına yönəltməliyik”.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

1 2020 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə