Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan və Çin arasında gərginlik davam edir

Bir neçə gün əvvəl Hindistan və Çinin ordu rəsmiləri arasında faktiki nəzarət zonalarındakı hərbi kontingentlərin geri çəkilməsi ilə bağlı razılaşma əldə edilmiş olsa da, hər iki ölkə Ladakxın şərqinə qoşun toplamaqda davam edir. Bu barədə Hin­distanın hərbi mənbələrinə istinadən “The İndian Express” qəzeti məlumat yayıb.

TASS-ın verdiyi xəbərə görə, iki ölkə hərbi qüvvələrinin təmas xəttində vəziyyət gərgin olaraq qalır. “Hindistan hadisələrin ən pis şəkildə inkişafına hazırla­şaraq, Ladakx zonasındakı bütün təmas xətti boyunca iki T-90 tank alayı, piyada­ların döyüş maşınları və 155 millimetrlik atıcı silahlar yerləşdirib”, – deyə mənbə bəyan edib.

Hind hərbi mütəxəssisləri deyiblər ki, ölkə bu addımları Çin hərbi qulluqçularının və döyüş maşınlarının Qalvan çayı vadisində cəmləşməsinə və Çin Xalq Azadlıq Or­dusunun ön cəbhədəki aviasiya bazalarındakı qırıcı təyyarələrin döyüş vəziyyətinə gətirilməsinə cavab olaraq atır. “Çin, eyni zamanda, Ladakxdakı nəzarət xəttində vertolyot meydançasının tikintisini həyata keçirir”.

Mənbənin sözlərinə görə, məlum regionda Çinlə hərbi qarşıdurma şəraitində Hindistan özünün Hind okeanındakı Hərbi Dəniz Qüvvələrində operativ əlaqələndirməni gücləndirib ki, lazım gələndə Çin hərbi gəmi və sualtı qayıqlarının hərəkətini neytrallaşdırmağa hazır olsun.

Dünən Şərqi Ladakxda gərginliyi azaltmaq məqsədilə Hindistan və Çin hərbçiləri arasında yenidən görüş keçirilib. Bu, yaranmış qarşıdurma ilə bağlı artıq üçüncü görüşdür. Tərəflər təmas xəttindən qoşunları geri çəkmək üçün konkret müddətləri razılaşdırmağa çalışıblar.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

1 2020 00:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə