Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyaya qarşı sanksiyaların müddəti uzadılıb

“Le Figaro”nun yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaları daha 6 ay – 2021-ci il yanvarın 31-dək uzadıb.

Mənbə qeyd edir ki, bu barədə Avro­pa İttifaqı Şurası bəyanat yayıb. Bildirilib ki, sanksiyaların müddətinin uzadılması ilə bağlı siyasi qərar Aİ liderləri tərəfindən 17-18 iyun tarixlərində keçirilən onlayn sammitdən sonra qəbul edilib.

Bildirilir ki, Ukraynanın Krım bölgəsinin Rusiya tərəfindən işğal edilməsindən sonra – 2014-cü il iyul ayı­nın sonunda Avropa İttifaqı neft, bank və müdafiə sektorları da daxil olmaqla 15 rus şirkətinə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Xatırladaq ki, indiyədək məhdudlaşdırıcı tədbirlər dəfələrlə genişləndirilib və uzadılıb. Buna cavab olaraq Rusiya Aİ ölkələrindən bir sıra ərzaq məhsullarının idxalına qadağa qoyub. 2015-ci ilin martında Aİ Rusi­yaya qarşı sanksiyaların ləğvini Minsk razılaşmalarının tam yerinə yetirilməsi ilə əlaqələndirmək qərarına gəlib. O vaxtdan bəri “Normand formatı”nın üzvü olan Almaniya və Fransa ildə iki dəfə Aİ-nin sammitlərində Minsk razılaşmala­rının icrası ilə bağlı hesabat verirlər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

1 2020 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə