Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AzerTelecom” şirkətinin rəhbər heyətində yeni təyinatlar

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinnin rəhbərliyində yeni təyinatlar olmuşdur. 2017-ci ildən AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib. Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən AzerTelecomun baş icraçı direktorunun əməliyyatlar üzrə müavini Ana Nakaşidze təyinat alıb.

Qlobal, regional və lokal miqyasda etibarlı tərəfdaş kimi tanınan “AzerTelecom” son illərdə mühüm uğurlara imza atıb, ölkənin dayanıqlı və sürətli internet xidməti ilə təmin olunmasına öz töhfəsini verməkdədir. “Biz Azərbaycanın İKT sektoru­nun dayanıqlı inkişafına və ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənən layihələrin reallaşdırılmasını davam etdirəcəyik. Mən yeni baş icraçı direktor xanım Ana Nakaşidzeyə fəaliyyətində uğurlar arzulayıram və onun şirkətimizin inkişafına töhfə verəcəyinə inanıram” – deyə Fuad Allahverdiyev qeyd edib.

“AzerTelecom” internet xidməti təminatçıları və bazarda fəaliyyət göstərən operatorlara yüksək keyfiyyətli və daya­nıqlı xidmətlər göstərməklə Azərbaycanda bu sahənin inki­şafında mühüm rola sahibdir və bundan sonra da bu inkişafda vacib rol oynamağı planlaşdırır. Qlobal internet xidmətləri hər bir iqtisadiyyatın uğuru üçün həyati əhəmiyyətli bir faktora çevrildiyindən şirkətimiz hazırkı dəyişən çağırışlar və imkanlar mühitində inkişaf üçün davamlı şəkildə yeni imkanları araş­dırır. Mən inanıram ki, bu illər ərzində şirkətimizin böyüməsini dəstəkləyən heyətimiz hazırkı çağırışlar dönəmində də mü­hüm nailiyyətlər qazanacaqdır” – deyə Ana Nakaşidze bildirib.

“AzerTelecom” Azərbaycanın telekommuni­kasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet pro­vayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTe­lecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sekto­runda yerli və xarici şirkətlərə xidmətlər təqdim edir. Ha­zırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.

“Xalq qəzeti”

1 2020 00:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə