Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

7-ci “Qızıl dubl”

Avstriya Bun­desliqasında çem­pion müəyyənləşib. Bildirilir ki, doğma meydanda “Hartberq”i 3:0 hesabı ilə yenən “Zalsburq” çempiona­tın başa çatmasına iki tur qalmış çempi­onluğunu elan edib. Zalsburqlular ən yaxın izləyicisi, ehtiyatda bir oyunu olan “Rapid” komandasını 12 xal qabaqlayır. Bu, komandanın ardıcıl 7-ci çempionluğudur. Ümumilikdə isə “Zalsburq” 14-cü dəfə ölkə çempionu olub.

Qeyd edək ki, “Zalsburq” bir müddət əvvəl ölkə kubokunu da ardıcıl 7-ci dəfə qazanmışdı. Bununla da komanda davamlı 7-ci “Qızıl dubl”a imza atıb.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

1 2020 00:23 - İDMAN
İDMAN
16 İyul 2020 | 11:03
"Liverpul" "Arsenal"a uduzdu

Köhnə versiyamızdan xəbərləri izlə