Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Valensiya” baş məşqçisini istefaya göndərdi

La Liqanın aparıcı futbol klublarından olan “Valensiya” komandasının baş məşqçisi Albert Selades istefaya göndərilib. Bu barədə “Futbolhd.ru” xəbər verib.

Bildirilir ki, rəhbərlik komandanın qeyri-qənaətbəxş çıxışına görə 44 yaşlı çalışdırıcını istefaya göndərib.

Qeyd edək ki, Albert Selades 2019-cu ilin sentyabrından “Valensiya”nı çalışdırırdı. “Yarasalar” hazırda 46 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

30 2020 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə