Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kike Setyen “Betis”i çalışdıracaq

“Futbol.ua” xəbər verir ki, "Barselona"nın baş məşqçisi Kike Setyen Kataloniya klubundan ayrıldıqdan sonra işsiz qalmayacaq. Məlumata görə, “Betis” klubu sabiq çalışdırıcının xidmətində maraqlıdır.

“Barselona” mövsümü titulsuz başa vursa, rəhbərlik 61 yaşlı mütəxəssisi istefaya göndərəcək. Əgər bu baş verərsə, "Betis" yenidən Setyenə həvalə ediləcək. Ötən həftə Rubini postundan uzaqlaşdıran əndəlüs klubu müvəqqəti olaraq mövsümün sonuna qədər Aleksis Truxiloya tapşırılıb. "Betis"in baş məşqçi postuna digər namizədlər Manuel Pelleqrini, Marselino Qarsiya Toral və Xavi Qarsiyadır.

Qeyd edək ki, Kike Setyen "Betis"də keçirdiyi iki mövsümün ardından ötən ilin yayında komandadan ayrılıb və yanvarda "Barselona"nın baş məşqçisi təyin olunub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

30 2020 16:30 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə